Xəzər Xəbər

Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidəki paradı ilə bağlı məlumat yaydı

Gündəm | 12:01 • 8 May 2021
Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidəki paradı ilə bağlı məlumat yaydı

"10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır".

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar", - nazirlikdən bildirilib.

Xəbər lenti