Xəzər Xəbər

Ankarada Heydər Əliyevin xatirəsi yad olunacaq

Gündəm | 09:23 • 8 May 2021
Ankarada Heydər Əliyevin xatirəsi yad olunacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə vebinar keçiriləcək.

XəzərXəbər xəbər verir ki, vebinarda səfir Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdət Ünüvar və Altınbaş Universitetinin rektoru Çağrı Erhan çıxış edəcəklər.

 

Vebinar mayın 10-da Türkiyə vaxtı ilə saat 13.00-da (Bakı vaxtı ilə 14.00) başlanacaq.

Xəbər lenti