Xəzər Xəbər

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu Dövlət bayrağı ilə örtüləcək

Gündəm | 14:05 • 6 May 2021
“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu Dövlət bayrağı ilə örtüləcək

Tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.

Xəbər lenti