Xəzər Xəbər

Prezident Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin etdi SƏRƏNCAM

Gündəm | 13:30 • 6 May 2021
Prezident Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin etdi

Prezident İlham Əliyev Mətin Eynullayevin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Xəbər lenti