Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Gündəm | 107 | 13:44 • 6 May 2021
Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan birinci siniflərinə uşaqların qəbulu ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyət göstərəcək.

İdarədən XəzərXəbər-ə verilən məlumata görə, valideynlər 6 may-17 iyun tarixlərində apellyasiya@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə Apellyasiya komissiyasına müraciət edə bilərlər.

Apellyasiya komissiyasında müraciətlərə 22 may-19 iyun tarixlərində baxılacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasının təmin edilməsindən ibarətdir.

Xəbər lenti

Çox oxunanlar