Xəzər Xəbər

Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək

Gündəm | 13:03 • 6 May 2021
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək

Şuşa şəhərinə çəkilən Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun şanlı qələbəsindən 6 gün sonra yolun tikintisinə başlanıldı: "Hazırda ərazidə fasiləsiz olaraq tikinti işləri davam etdirilir. 101 kilometr uzunluğa malik yol iki gediş-iki gəliş, altı zolaqdan ibarət olacaq. Yol bu ilin sentyabr ayınadək asfaltlanaraq tam istifadəyə veriləcək.

Yolda 4 körpü, 10 yeraltı keçid və o cümlədən su ötürücüləri olacaq"./trend

Xəbər lenti