Xəzər Xəbər

Səhiyyə naziri əvəzi: Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir

Gündəm | 12:27 • 6 May 2021
Səhiyyə naziri əvəzi: Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir

“Son zamanlar vaksinasiyanın mövsümi olması ehtimal edilir. Bununla bağlı ölkəmziin rəsmiləri istehsalçılarla birbaşa danışıqlardadırlar. Ölkəmizə vaksinlərin gətirilməsi təmin ediləcək”.

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son günlərdə Sputnik-V vaksini gətirilib:

“Onların da tətbiqinə başlanılır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir"./report

Xəbər lenti