Xəzər Xəbər

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah

Gündəm | 12:17 • 6 May 2021
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib ki, bu da müsbət haldır.

Bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Y.Qarayev bildirib ki, Azərbaycanda yoluxmalar 30 faizə qədər çatmışdı və yanvardan tətbiq edilən xüsusi rejimi nəticəsində müsbət nəticələr edilib. Y.Qarayeva bildirib ki, bu gün kəskin karantin rejiminə getmədən yeni yoluxmaların sayında mərhələli şəkildə azalma qeydə alınır. Onun sözlərinə görə, bu gün yoluxma əmsalı əmsalı 10 faiz civarındadır. Müsbət dinamika mövcuddur və epidemioloji vəziyyət stabildir: “Biz hamımız çalışmalıyıq ki, bu naliyyətləri itirməyək”./trend

Xəbər lenti