Xəzər Xəbər

Yaqut Qarayeva: Hindistan ştammı bizi və dünyanı narahat edir

Gündəm | 12:08 • 6 May 2021
Yaqut Qarayeva: Hindistan ştammı bizi və dünyanı narahat edir

Koronavirusla bağlı son həftə bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur. Son həftələr gündəmə çıxan məhz Hindistandır. Artıq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası, ştammı müəyyən olunub.

Bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, hələ ki, Hindistanda aşkar olunan mutasiyanın xəstəliyin ağırlaşmasına təsiri barədə təsdiqlənmiş məlumat yoxdur./trend

Xəbər lenti