Xəzər Xəbər

TƏBİB-dən Azərbaycanda koronavirusla bağlı VACİB MƏLUMAT

TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növü qeydə alınmayıb
Gündəm | 12:00 • 6 May 2021
TƏBİB-dən Azərbaycanda koronavirusla bağlı VACİB MƏLUMAT

"Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb".

Bunu XəzərXəbər-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib: "Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək".

Xəbər lenti