Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Əcnəbi tələbə: Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun qəhrəmanlığının göstəricisidir

Gündəm | 118 | 15:01 • 4 May 2021
Əcnəbi tələbə: Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun qəhrəmanlığının göstəricisidir

Hərbi Qənimətlər Parkını məmnuniyyətlə gəzdim. Burada nümayiş olunan texnika Azərbaycan Ordusunun öz torpaqları uğrunda apardıqları mübarizənin, qəhrəmanlığının göstəricisidir. Mən çox sevinirəm ki, ədalət öz yerini tapdı, Azərbaycan torpaqlarını işğaldan azad etdi.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin pakistanlı tələbəsi Möminə Mehdi deyib. O bildirib ki, parkın salınması gənc nəslin vətənpərvər ruhda böyüməsinə də töhfə verəcək.

Qeyd edək ki, mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 28 ali təhsil müəssisəsindən 80-ə yaxın əcnəbi tələbə Hərbi Qənimətlər Parkını ziyarət edib. Əcnəbi tələbələr 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.

Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
524 | 17:16 • 19 Aprel 2021