Xəzər Xəbər

Bayden Azərbaycana birbaşa yardıma icazə verdi

Bayden 907-ci düzəlişin dayandırılmasını uzatmaqla ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verib
Gündəm | 11:10 • 4 May 2021
Bayden  Azərbaycana birbaşa yardıma icazə verdi

ABŞ prezidenti Co Baydenin administrasiyası "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasını uzadıb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.

Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

Xəbər lenti