Xəzər Xəbər

Fərid Şəfiyev: Ermənistanın mina xəritələrini verməməsi problem olaraq qalır

Gündəm | 16:07 • 29 Aprel 2021
Fərid Şəfiyev: Ermənistanın mina xəritələrini verməməsi problem olaraq qalır

“Azərbaycan minalarla ən çox çirklənmiş 10 ölkə sırasındadır. Hazırda torpaqların minalardan təmizlənməsi problemi var. Azad edilən ərazilərin yenidən qurulması üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir”.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

Onun sözlərinə görə, minalanmış ərazilərin xəritəsinin verilməməsi ilə bağlı problem hələ də gündəmdədir: “Bu xəritələr Ermənistan tərəfindədir”./report

Xəbər lenti