Xəzər Xəbər

Baş nazirdən “plyonka” ilə bağlı SƏRƏNCAM

Gündəm | 21:08 • 27 Aprel 2021
Baş nazirdən “plyonka” ilə bağlı SƏRƏNCAM

Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Xəbər lenti