Xəzər Xəbər

Türkiyə XİN-dən Baydenin bəyanatına SƏRT CAVAB

Gündəm | 22:10 • 24 Aprel 2021
Türkiyə XİN-dən Baydenin bəyanatına SƏRT CAVAB

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatını qəbul etmədiyini və qətiyyətlə pislədiyini bildirib.

XəzərXəbər "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN-in açıqlamasında “tarixi mövzularda qərar verməyə nə hüquqi, nə əxlaqi baxımdan səlahiyyəti olmayan ABŞ Prezidentinin bəyanatının heç bir dəyəri yoxdur” ifadələri yer alıb.

Nazirlikdən verilən yazılı açıqlamada qeyd olunub ki, 1915-ci il hadisələri barədə soyqırımı ifadəsinin işlənməsi üçün beynəlxalq hüquqda müəyyən edilən şərtlərin heç biri yoxdur.

Xəbər lenti