Xəzər Xəbər

Fransalı hüquqşünas: Bir vaxtlar böyük bir şəhər olmuş Ağdamın bu dərəcədə dağıdılmasını görmək dəhşətlidir

Gündəm | 16:05 • 22 Aprel 2021
Fransalı hüquqşünas: Bir vaxtlar böyük bir şəhər olmuş Ağdamın bu dərəcədə dağıdılmasını görmək dəhşətlidir

Ağdamda olduğumuz zaman Azərbaycan torpaqlarında dağıntılar törədildiyini, tarixi abidələrin, məsələn, məscidin vandalizmə məruz qaldığını gördük. Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas məsələ beynəlxalq hüququn bərqərar olmasıdır.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan fransalı hüquqşünas Yasin Yakuti söyləyib.

O bildirib ki, BMT və ATƏT-in Minsk qrupunun sülh prosesində iştirakı vacibdir. Çünki bu, çox çətin məsələdir və iki tərəf arasında həll oluna bilməz. Sülhə qanuni vasitələrlə nail olmaq zəruridir.

Hüquqşünas diqqətə çatdırıb ki, bir vaxtlar böyük bir şəhər olmuş Ağdamın bu dərəcədə dağıdılmasını görmək dəhşətlidir. Bu şəhər Dağlıq Qarabağın tərkib hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilmişdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət olunmalıdır.

Xəbər lenti