Xəzər Xəbər

Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub

Gündəm | 14:42 • 20 Aprel 2021
Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub

Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib.

Bildirilib ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.

Xəbər lenti