Xəzər Xəbər

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir

Gündəm | 20:14 • 19 Aprel 2021
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il 14 aprel tarixli Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, plana əsasən bu gündən etibarən müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verilib.

Xəbər lenti