Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlandı

Gündəm | 203 | 16:40 • 14 Aprel 2021
Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlandı

Bu gündən Hərbi Qənimətlər Parkına ziyarətçilərin daxil olmasına icazə verilib.

Parka giriş vətəndaşlar üçün 2 manat miqdarında nəzərdə tutulub.

Məkana giriş 6 yaşadək uşaqlar, şəhid ailələri və qazilər üçün pulsuzdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Parkda ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır./report

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021