Xəzər Xəbər

Ukrayna Baş nazirinin müavini: Ağdamda gördüklərimiz çox dəhşətlidir

Gündəm | 15:30 • 14 Aprel 2021
Ukrayna Baş nazirinin müavini: Ağdamda gördüklərimiz çox dəhşətlidir

“Sizin də bildiyiniz kimi, Azərbaycan və Ukraynanın qonşuları fərqli olsa da, taleləri oxşardır. Çox təəssüf ki, bu qonşuların fəaliyyəti nəticəsində sizin də, bizim də torpaqlarımızın bir hissəsi işğal olunub. Lakin hazırda biz azad olunmuş torpaqlarda dayanmışıq”.

Bunu açıqlamasında Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

O, qələbə münasibətilə təbriklərini çatdırıb: “Mən bu gün sizi təbrik edirəm, bu gün azad edilmiş torpaqlardayıq, mən sizin qonağınızam. İndi burda gördüklərimiz çox dəhşətlidir. Lakin mən tam əminəm ki, növbəti dəfə bu görüş başqa bir fonda, yeni bir Ağdamda baş tutacaq. Mənim buna şübhəm yoxdur və əminəm ki, növbəti görüşümüz yeni Ağdamda olacaq”./apa

Xəbər lenti