Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub

Gündəm | 43 | 11:14 • 13 Aprel 2021
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub

Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub.

XəzərXəbər-in məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Azərbaycanın konstruktiv mövqeyi olub. Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub, çünki biz zərərçəkən tərəf idik. Danışıqlar zamanı mən hiss edirdim ki, Ermənistan bunun həllini istəmir. Onlar deyir ki, bunu istəyirlər, amma həllin olmaması üçün hər şey edirlər".

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın əvvəlki hökumətinin taktikası hansısa prosesə sahib olmaq, danışıqları imitasiya etmək, bir şeyə razılaşıb, digərinə razılaşmamaq və məsələ həlledici addıma çatanda geri addım atmaqdan ibarət idi.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021