Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Prezident: Biz erməni ordusunun törətdiyi vəhşilikləri, Xocalı soyqırımını unuda bilmərik

Gündəm | 118 | 10:26 • 13 Aprel 2021
Prezident: Biz erməni ordusunun törətdiyi vəhşilikləri, Xocalı soyqırımını unuda bilmərik

“Biz anlamalıyıq ki, torpaqlarımız 30 il işğal altında olub. Biz ailə üzvlərini itirənlərin və öz torpaqlarında yaşamaq kimi əsas hüququndan məhrum olanların xatirəsini unuda bilmərik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz erməni ordusunun törətdiyi vəhşilikləri unuda bilmərik: “Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq. Eyni zamanda biz gələcəyə baxmalıyıq”./apa

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
378 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
948 | 17:16 • 19 Aprel 2021