Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır?

Gündəm | 113 | 12:44 • 12 Aprel 2021
Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır?

1 il 4 aydan artıq müddətdə davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər.

XəzərXəbər-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir:

"Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.

Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir".

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb
46 | 11:59 • 13 İyun 2021

Çox oxunanlar