Xəzər Xəbər

Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev

Gündəm | 14:24 • 10 Aprel 2021
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev

Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm. Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.

Bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

“Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik” - deyə, o vurğulayıb./trend

Xəbər lenti

Çox oxunanlar