Xəzər Xəbər

İƏT Qarabağdakı erməni vandallığı ilə bağlı hesabat hazırlayacaq

İƏT Təmas Qrupu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərə dair hesabat hazırlayacaq
Gündəm | 12:35 • 8 Aprel 2021
İƏT Qarabağdakı erməni vandallığı ilə bağlı hesabat hazırlayacaq

“İƏT Təmas Qrupu səfərinin yekunlarına ilə bağlı hesabat hazırlayacaq, hesabat İƏT-in mədəniyyət şöbəsinə təqdim olunacaq”.

Bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib.

Rizvan Səid Şeyx deyib ki, hesabat İƏT Xarici işlər Nazirləri Şurasının qətnamələr hazırlaması üçün əsas olacaq./apa

Xəbər lenti