Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri keçirilir

Gündəm | 140 | 09:00 • 8 Aprel 2021
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri keçirilir

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayıb.

Ölkəmizdə təşkil olunan təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-da başa çatacaq.

Çox oxunanlar

25 dərəcə isti olacaq
31 | 09:16 • 15 Aprel 2021