Xəzər Xəbər

General: Füzuli hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib

Gündəm | 16:36 • 7 Aprel 2021
General: Füzuli hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib

"Ölkə rəhbərinin göstərişi əsasında işğaldan azad olunmuş rayonlarımızda infrastrukturlar yaradılır. Məsələn, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə Füzuli şəhəri yaxınlığında yerləşən hava limanında tikinti işlərinin aparılması məqsədilə ərazinin yoxlanılması həvalə olunub. Bugünkü günə qədər olan məlumata görə, hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib".

Xezerxeber.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

General bildirib ki, sözügedən ərazidə yoxlama işləri aparılarkən xeyli sayda sursatlar aşkarlanıb: "Halbuki o ərazilər təmas xətti deyildi. Təmasdan dərində idi. Bundan başqa, Zəfər yolu inşa olunur. O Zəfər yolu ki, müharibə vaxtı Şuşanın alınması ərəfəsində bizim mühəndis qoşunlarının böyük fədakarlığı, qəhrəmanlığı nəticəsində kolon yolu kimi açılaraq qoşunların irəliləməsini təmin etmişdi".

Xəbər lenti