İşğaldan azad olunmuş torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür.
Bunu Zəngilanda jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
F. Əliyev bildirib ki, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyaya qoşulub və beynəlxalq mütəxəssislər bizimlə birlikdə monitorinqlərdə iştirak edəcək: "Onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb. Mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıb".
Nazir müavini deyib ki, ermənilər işğal müddətində 100 min hektar ərazidə yanınlar törədib, flora və faunaya böyük ziyan vurublar: "Bunlarla bağlı araşdırma aparılır və beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".