Xəzər Xəbər

Allahşükür Paşazadə: Ağdama baxanda insanın ürəyi ağrıyır

Gündəm | 15:10 • 7 Aprel 2021
Allahşükür Paşazadə: Ağdama baxanda insanın ürəyi ağrıyır

Ermənistan 30 il ərzində bütün dini abidələrimizi dağıdıb. Ağdam həmişə öz siması ilə seçilən şəhərlərdən olub. Bu gün isə Ağdama baxanda insanın ürəyi ağrıyır.

Bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Ermənistanın məqsədi Azərbaycana aid izləri buradan silmək olub: "Qəbiristanlıqda gördüklərimiz, dağıdılan məzarlar insanlığa xas olan əlamətlər deyil. Qarabağ şəhidlərinin məzarlığında olduq. Orada 150-dən çox şəhid məzarı var. Qəbirlərin qazılaraq qalıqların çıxarıldığını gördük. Bundan sonra hər birimizin borcudur ki, bu torpaqları bərpa edək. Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir".

Xəbər lenti