Xəzər Xəbər

Bakıda məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından saxta məlumatlar paylaşılıb.
Gündəm | 23:14 • 30 Mart 2021
Bakıda məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından saxta məlumatlar paylaşılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XəzərXəbər xəbər verir ki, məlumatda aprelin 2-dən 14-dək məktəblərin koronavirus səbəbindən bağlanacağı iddia edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələ ilə bağlı açıqlama yayıb və bunun saxta olduğunu bildirib:

“Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar!”

Xəbər lenti