Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Sabahın hava proqnozu açıqlanıb

Gündəm | 218 | 12:23 • 8 Mart 2021
Sabahın hava proqnozu açıqlanıb

Martın 9-da  gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin xezerxeber.az-a verdiyi məlumata görə martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5 dərəcə isti,  gündüz  7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq.  

Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.  Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz a görə, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021