Xəzər Xəbər

Prezident dövlət proqramlarının qiymətləndirilməsilə bağlı fərman imzaladı

Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Gündəm | 13:29 • 6 Mart 2021
Prezident dövlət proqramlarının qiymətləndirilməsilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

XəzərXəbər xəbər verir ki, fərman dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə imzalanıb.

Sənədə əsasən, “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti