Xəzər Xəbər

Altı partiya YAP-a qoşulub SİYAHI

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.
Gündəm | 12:55 • 5 Mart 2021
Altı partiya YAP-a qoşulub

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

XəzərXəbər xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

Xəbər lenti