Xəzər Xəbər

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Gündəm | 11:28 • 3 Mart 2021
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

Martın 2-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.

Bu barədə XəzərXəbər-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir.

Xəbər lenti