Xəzər Xəbər

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği 30 milyonu ötdü

İndiyədək fondda 30 178 777,33 manat toplanıb.
Gündəm | 11:33 • 3 Mart 2021
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği 30 milyonu ötdü

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

XəzərXəbər xəbər verir ki, indiyədək fondda 30 178 777,33 manat toplanıb.

Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 13 744 640,78 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 11 589 934,06 manatı xərclənib. Vəsaitin qalığı isə 18 588 843,27 manatdır.

Xəbər lenti