Xəzər Xəbər

Ərdoğan Qarabağla bağlı vacib tapşırıq verdi

Gündəm | 14:47 • 2 Mart 2021
Ərdoğan Qarabağla bağlı vacib tapşırıq verdi

“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək”.

Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: “Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”./report

 

Xəbər lenti