Xəzər Xəbər

DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

Gündəm | 12:02 • 2 Mart 2021
DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi martın 7-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

XəzərXəbər xəbər verir ki, bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.

Xəbər lenti