Xəzər Xəbər

Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

İclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Gündəm | 10:52 • 2 Mart 2021
Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

XəzərXəbər-in məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Xəbər lenti