Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Qanunu pozan 3 hakimə töhmət verilib

Gündəm | 2,089 | 15:49 • 1 Mart 2021
Qanunu pozan 3 hakimə töhmət verilib

Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında məhkəmələrin ərazi yurisdiksiyasında dəyişikliklərin edilməsi, o cümlədən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi üzrə müvafiq qərarlar qəbul olunub, Hakimlərin Seçki Komitəsi üzvlüyünə verilmiş namizədlər sırasından Komitə üzvləri seçilib. 

Şuradan xezerxeber.az-a verilən xəbərə görə, qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.

Çox oxunanlar

25 dərəcə isti olacaq
22 | 09:16 • 15 Aprel 2021