Xəzər Xəbər

Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlandı

Gündəm | 11:36 • 1 Mart 2021
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlandı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu il sosial sahə üzrə icrası prioritet sayılan istiqamətləri açıqlayıb.

XəzərXəbər-in məlumatına görə, S.Babayev deyib ki, bu il məşğulluq sahəsində böyük addımların atılması gözlənilir. Bu il 16 min ailədə özünüməşğulluq tədbirləri həyata keçiriləcək:

"Bu il mənzil təminatı yalnız şəhid ailələri və müharibə əlillərini əhatə etməyəcək, valideyn himayəsindən məhrum olmuş internat məzunlarını, gözdən əlil şəxsləri və digər şəxsləri də əhatə edəcək. Bu il əmək münasibətinin tənzimlənməsi üçün islahatlar davam etdiriləcək, əmək müqavilərinin sayı artırılacaq. Bu il eyni zamanda əməkhaqqı fondunun artırılması üçün stimullaşdırıcı tədbirlər görüləcək".

Xəbər lenti