Xəzər Xəbər

İlham Əliyev Türkmənistanla vacib sənədi təsdiq etdi

Prezident “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib
Gündəm | 16:21 • 25 Fevral 2021
İlham Əliyev Türkmənistanla vacib sənədi təsdiq etdi

Prezident İlham Əliyev“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Qanunla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.

Xəbər lenti