Xəzər Xəbər

Mustafa Şentop: Xocalı faciəsini törətmiş əli qanlı qatillər qanun və tarix qarşısında cavab verənə qədər mübarizəmizi davam etdirəcəyik

Gündəm | 11:47 • 25 Fevral 2021
Mustafa Şentop: Xocalı faciəsini törətmiş əli qanlı qatillər qanun və tarix qarşısında cavab verənə qədər mübarizəmizi davam etdirəcəyik

“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır. Bu vəhşiliyi törədən əli qanlı qatillər qanun və tarix qarşısında məsuliyyətə cəlb olunana qədər mübarizəmizi davam etdirəcəyik.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən foto və rəsm sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

M.Şentop bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər: “Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir”.

M.Şentop vurğulayıb ki, ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur: “İnsanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq". 

Xəbər lenti