Xəzər Xəbər

Avtobus sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib

Gündəm | 10:32 • 24 Fevral 2021
Avtobus sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.

Xəbər lenti