Vətən müharibəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitləri də fəal iştirak edərək, rəşadətlə vuruşublar.
Xezerxeber.az xəbər verir ki, bunu Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov fevralın 23-də bu hərbi təhsil ocağına təşkil olunan media-tur zamanı jurnalistlərə müsahibəsində deyib.
B.Orucov bildirib ki, Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib: "Onlardan 3-ü yaralanıb, mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı, yüzlərlə zabit isə orden və medallarla təltif olunub”.