Xəzər Xəbər

Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağına dair sənəd təsdiq edilib

Gündəm | 11:45 • 23 Fevral 2021
Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağına dair sənəd təsdiq edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, müzakirələr zamanı sənədin əhəmiyyəti qeyd edilərək iki ölkə arasında əməkdalığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Xəbər lenti