Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

ABŞ-da Xocalı faciəsinə həsr olunmuş sərgi açılıb

Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib
Gündəm | 331 | 13:29 • 21 Fevral 2021
ABŞ-da Xocalı faciəsinə həsr olunmuş sərgi açılıb

ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzindəki Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.

Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş olunub. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 azərbaycanlının (106 qadın, 63 uşaq, 70 qoca) qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb.

Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə tamaşa edib, Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin “Azərbaycan Günü” elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.

Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021