Xəzər Xəbər

Azərbaycanın vaksinləri qısa zamanda gətirməsi əhəmiyyətli nailiyyətdir - Hande Harmancı

Azərbaycanın qısa zamanda COVİD-19-a qarşı vaksinləri ölkəyə gətirməsi çox əhəmiyyətli nailiyyətdir.
Gündəm | 13:27 • 15 Fevral 2021
Azərbaycanın vaksinləri qısa zamanda gətirməsi əhəmiyyətli nailiyyətdir - Hande Harmancı

XəzərXəbər-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, pandemiyadan qurtulmaq üçün vaksinasiyanın aparılması çox vacibdir:

 

"Dünyada çox sayda ölkə artıq vaksinasiyaya start verib. Amma elə bu qədər də ölkə hələ peyvəndə başlamayıb. Azərbaycanı vaksinləri ölkəyə gətirməsi çox əhəmiyyətli nailiyyətdir. İnsanlar bunu başa düşür və qısa zaman ərzində vaksinasiya olunurlar".

 

İlk növbədə səhiyyə işçilərinin vaksinasiyadan keçməsini vacib sayan H.Harmancı qeyd edib ki, Azərbaycanda çox sayda tibb mütəxəssisi artıq peyvənd olunub. Bu da həm tibb işçilərinin, həm də pasiyentlərin təhllükəsizliyi baxımından əhəmiyyətlidir.

Xəbər lenti