Xəzər Xəbər

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə ediblər

Gündəm | 16:38 • 26 Yanvar 2021
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.


Bu barədə XəzərXəbər-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.


Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xəbər lenti