Xəzər Xəbər

Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib - Coğrafıyaçı alim:

Gündəm | 12:02 • 25 Yanvar 2021
 Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib  -

Son 5 ildə Xəzər dənizində suyun enməsi prosesi daha da intensivləşib. Bu, iqlimdə baş verən dəyişikliklər və quraqlıqla əlaqədardır.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.


O qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2, 3, 4 metr çəkilibsə, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə suyun çəkilməsi daha yüksəkdir. Neftçala sahillərindən tutmuş Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq bəzi yerlərdə dəniz suyu 2 kilometrədək çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbələrinədək olan sahələrdə suyun çəkilməsi özünü daha şiddətli biruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Xəzər regionunda yağışların miqdarının azalması dəniz suyunun da azalmasına səbəb olub.

Xəbər lenti