Xəzər Xəbər

Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib

Gündəm | 17:17 • 23 Yanvar 2021
Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.


Xezerxeber.az-ın məlumatına görə, başsağlığında deyilir: 


"Hörmətli cənab Prezident.


Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm".



Xəbər lenti